Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketini imzalayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu vitse-prezident Mayk Pens Gürcüstanda səfərdə olarkən açıqlayıb:
"Biz onların ləğvini arzulayırıq, amma bunun üçün Rusiya öhdəliklərini yerinə yetirməlidir. Rəsmi Moskvanın son diplomatik addımları bunun əksini göstərir. Prezident Donald Trampın Varşavada dediyi kimi, rəsmi Moskva İran və Şimali Koreya kimi terrorçu dövlətləri dəstəkləməkdə davam edir".
Vitse-prezident qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqini həm Konqres, həm də Dövlət Departamenti dəstəkləyir. Qanun layihəsinin mahiyyətinə gəlincə, sənəd Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə məhdudiyyətlərin tətbiqi, eləcə də D. Tramp administrasiyasının sanksiyaların taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. O da vurğulanır ki, məhdudiyyətlərin tətbiqi iki ölkə arasında kosmik sahədəki əməkaşlığa xələl gətirməməlidir.
Paketdəki daha bir önəmli məqam Vaşinqtonun əvvəl də olduğu kimi Avropa İttifaqının enerji təhlükəsizliyinə xələl gətirəcəyi səbəbindən "Şimal axını-2" layihəsinə qarşı çıxmasıdır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV