40 dərəcə isti, güclənən gilavar - ABŞERON SAKİNLƏRİNƏ XƏBƏRDARLIQ

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq. Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.
 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 2-4-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliliyinin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsizdir.
 

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR