Şimali Koreyadan növbəti raket sınağı - BU DƏFƏ SUALTI QAYIQDAN

Şimali Koreya bu il ərzində üçüncü raket sınağını həyata keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu dəfəki sınaq sualtı gəmidən reallaşıb.

 

Raketin texniki göstəricilərinə gəlincə, bildirilib ki, buraxıldığı gəminin zədələnməməsi üçün sözü gedən raketin mühərriki yalnız havaya qalxdıqdan sonra işə düşür. 

 

Qeyd edək ki,  ABŞ kəşfiyyatı raketin Sinpo əyalətindən buraxıldığını açıqlayıb və Pxenyanın bu addımlarının mütəmadi xarakter daşıdığını qeyd edib.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR