İyulda 61 nəfəri gün vurub, 13 nəfəri əqrəb sancıb

"İyul ayında 1 saylı Kliniki Tibbi Mərkəzə  3-ü azyaşlı olmaqla 14 nəfər zəhərlənmə ilə bağlı müraciət edib.  13 nəfəri  sarı əqrəb, bir nəfəri isə qaraqurd sancıb".

Bu barədə APA TV-yə xəstəxananın  Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Xoşbəxtlikdən ölüm hadisəsi olmasa da, hazırda xəstəxanada birİ uşaq olmaqla,  iki nəfərin müalicələsi davam etdirilir. Azyaşlının vəziyyəti stabil-ağır, digərinin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.  Bundan başqa xəstəxanaya 4 nəfər  sirkə turşusu, 7 nəfər isə müxtəlif dərmanların verdiyi  allergik reaksiyalarla müraciət edib. Həmin xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildiriblər ki, 1 ay ərzində gün vurma ilə bağlı 61 nəfər müraciət edib, onlardan 21 nəfəri xəstəxanaya yerləşdirilib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR