Bərdədə atasının kuvaldla vurduğu qız xəstəxanada öldü
Bərdədə baş verən dəhşətli hadisədə ağır yaralanan 19 yaşlı qız xəstəxanada ölüb. APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, hadisə iyulun 24-də qeydə alınıb.
Xatırladaq ki, rayonun Hacallı kənd sakini, psixi problemlərdən əziyyət çəkdiyi deyilən 1968-ci il təvəllüdlü Saday Əliyev gecə yatdıqları yerdə həyat yoldaşı Gülbəniz Əliyevaya və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Murada kuvaldla zərbələr endirib. Aldığı xəsarətlərdən Gülbəniz Əliyeva hadisə yerində ölüb, uşaqlar isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törətdikdən sonra 49 yaşlı Saday Əliyev həyətə çıxaraq özünü asıb.
Hazırda Murad Əliyevin müalicəsi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:18
398
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320