Moskvada ABŞ diplomatlarının bağ evləri belə boşaldıldı - HADİSƏ YERİNDƏN
Moskvada ABŞ diplomatlarına məxsus bağ evlərinin müsadirəsi prosesi başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Serebryannıy Bor"da yerləşən Amerika səfirliyinə məxsus bir neçə bağ evi artıq boşaldılıb.
Proses zamanı içəriyə heç kəs buraxılmayıb. Bağ evinin yerləşdiyi həyətə daxil olan səfirliyə aid yük maşınları orada olan əşyaları avtomobillərə yükləyib.
ABŞ səfirliyinə məxsus bağ evlərinə həbs qoyulması qərarı Kreml tərəfindən Konqresin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini reallaşdıran sənədin qəbul olunmasından sonra verilib.
Payıza qədər isə ölkədəki ABŞ diplomatlarının sayı 755-ə qədər azaldılacaq. Bu rəqəm Rusiyanın ABŞ-dakı diplomat sayı ilə eyniləşdiriləcək.
Bu arada amerikalı senator Con Makkeyn Kremlin bu addımını kəskin tənqid edib. O, Moskvadakı ABŞ səfirliyinə məxsus bağ evlərinin boşaldılmasına və Rusiyadakı amerikalı diplomatların sayının azaldılmasına münasibət bildirərkən deyib ki, Putin buna görə cavab verəcək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV