Rusiyanın 5 ən varlı şəxsinin adı açıqlandı

"Severstal" şirkətinin sahibi Aleksey Mordaşov "Forbes" jurnalının versiyasının görə, Rusiyanın ən varlı iş adamı seçilib. 16,8 milyard dollarlıq varidatı olan Mordaşov bu siyahıda НОВАТЕК-in təsisçisi Leonid Mixelsonu ikinci pilləyə sıxışdırıb. "Severstal" sahibinin varidatı 6 ay ərzində 700 milyon dollar azalsa da, bu, onun ən varlı şəxs statusu qazanmasına mane olmayıb. Mixelsonun varidatı isə fevral ayından bu yana 2,2 milyard dollar azalaraq 16,2 milyard dollara düşüb.

 

Reytinq cədvəlində üçüncü yeri "NLMK"nın sahibi Vladimir Lisin, Vladimir Potanin və Viktor Vekselberq tutur. Onların varidatı 15-16 milyard dollar arasında dəyişir. Hesablamalar adı çəkilən şəxslərin sahib olduqları müəssisələrin səhm dəyərinə görə aparılır, bu səbəbdən "Forbes" milyarderlərin sıralamasında tez-tez dəyişiklik ola biləcəyini istisna etmir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR