ABŞ Venesuela prezidentinin adını “qara siyahı”ya saldı
ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib. APA TV-nin məlumatına görə, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.
Sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulur, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqə qurmaq yasaqlanır.
Bundan əvvəl ABŞ Venesuelada keçirilmiş Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV