Şenol Günəş Türkiyə millisinə “Yox” dedi, planlar dəyişdi
“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşin Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirilməsi baş tutmayıb. Türkiyə Futbol Federasiyası Şenol Günəşə “Beşiktaş”la yanaşı milli komandaya da dörd oyunda rəhbərlik etməyi təklif etmişdi.
Lakin “Beşiktaş” klubu açıqlama yayaraq, həm klub prezidentinin, həm də Şenol Günəşin təkliflə razılaşmadığını bildirib. Klubun bəyanatında deyilir ki, Türkiyə Futbol Federasiyasının təklif etdiyi model nə milli komandaya, nə də Çempionlar Liqasında mübarizə aparan “Beşiktaş”a fayda verə bilər.
Türkiyə Futbol Federasiyası bu mövqeyə hörmətlə yanaşdığını açıqlayıb. KİV-in yaydığı məlumata görə, federasiya analoji təkliflə “Medipol Başakşehir” klubunun baş məşqçisi Abdulla Avcıya müraciət etməyə hazırlaşır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV