Ronaldu məhkəmə qarşısında: futbol ulduzunu 5 ilədək həbs cəzası gözləyir
Futbol ulduzu Kriştianu Ronaldu İspaniyada məhkəmə qarşısında dayanıb. APA TV-nin məlumatına görə, o, vergidən yayınmaya görə ifadə verib. Məhkəmə iclası qapalı keçirilib və təxminən 1,5 saat davam edib. Məhkəmə binasının qarşısına 200-ə yaxın KİV nümayəndəsi toplaşıb. Lakin Ronaldu jurnalistlərin suallarına cavab vermək istəməyib. Onun yazılı açıqlama ilə çıxış edəcəyi gözlənilir.
İspaniya prokurorluğu hesab edir ki, futbolçu 2010-cu ildə şirkət yaradıb və ondan vergidən yayınmaq üçün istifadə edib. Söhbət 15 milyon avroluq dələduzluqdan gedir. “Real”ın ulduzunu 5 ilədək həbs cəzası gözləyir. İspaniya qanynvericiliyinə görə, Ronaldu 2 ildən az müddətə azadlıqdan məhrum edilsə, şərti cəza ilə qurtula bilər.
OXŞAR XƏBƏRLƏR
19:18
399
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320