Ağ Evdə 10 gün əvvəl vəzifə verilən məmur işdən qovuldu

ABŞ prezidenti Donald Tramp  10 gün əvvəl Ağ Evin kommunikasiya üzrə direktoru postuna təyin etdiyi Entoni Skaramuççini vəzifəsindən azad edib. Sabiq maliyyəçi E.Skaramuççi Ağ Ev aparatının yeni rəhbəri Con Kellinin sorğusu əsasında işdən qovulub.

 

Bundan əvvəl E.Skaramuççi jurnalistlərlə ünsiyyətdə olarkən həmkarlarına qarşı kobud ifadələr işlədib və Ağ Evin kommunikasiya şöbəsini tam heyətlə işdən qovmağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Ağ Evin sabiq mətbuat katibi Şon Spayser E. Skaramuççinin kommunikasiya üzrə direktor vəzifəsinə gətirildiyinə etiraz olaraq istefa verib.

 

Ağ Evin mətbuat katibi Sara Sanders kommunikasiya üzrə direktorun vəzifəsindən getdiyini təsdiqləyib: “Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamalıdır”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR