ABŞ-ın vitse-prezidenti Gürcüstandadır
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfəri başlayıb. APA TV-nin məlumatına görə, onun təyyarəsi Tiflis hava limanına enib. Vitse-prezident, xanımı və nümayəndə heyəti Gürcüstandan əvvəl Estoniya, Litva və Latviyada olub.
Tiflis hava limanında Mayk Pensi Gürcüstan hökumətinin başçısı Georgi Kvirikaşvili və həyat yoldaşı qarşılayıb.
ABŞ vitse-prezidentinin rəsmi görüşləri bu gün başlayacaq. O, baş nazir və prezidentlə görüşəcək, mətbuat üçün birgə bəyanatlar olacaq. Mayk Pensin Vaziani hərbi poliqonuna gedəcəyi, NATO təlimlərini izləyəcəyi də gözlənilir.
Mayk Pens avqustun 1-də Gürcüstandan iyunun əvvəlində NATO-ya üzv olan Monteneqroya gedəcək.
OXŞAR XƏBƏRLƏR
19:18
399
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320