Pens: "ABŞ Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şey edəcək"
ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Rusiyanı NATO ölkələri üçün təhlükə adlandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, M. Pens bunu Estoniyanın paytaxtı Tallinndə Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.
“Rusiya NATO ölkələri üçün təhlükə törədir və ABŞ bu təhlükənin qarşısını almaq üçün hər şeyi edəcək. Biz NATO Nizamnaməsinin 5-ci maddəsinə qəti surətdə bağlıyıq və buna uyğun olaraq bir NATO üzvünə hücum bizim hamımıza hücumdur”, - deyə M. Pens Estoniya, Litva və Latviya rəhbərləri ilə birgə mətbuat konfransında söyləyib.
Qeyd edək ki, M.Pens Estoniyadan Gürcüstana, oradan isə NATO-nun yeni üzvü Monteneqroya gedəcək.
OXŞAR XƏBƏRLƏR
19:18
398
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320