Ermənilər Tovuzun Qaralar kəndini atəşə tutdu, evlərə ziyan dəydi
Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.
Ermənilər əsasən təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.
Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.
OXŞAR XƏBƏRLƏR
19:18
399
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
447
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
444
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1052
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
973
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1320