Bakıda ofisdən içi pulla dolu seyf oğurlayan dəstə üzvləri tutuldu
Bakıda ofisdən içi pulla dolu seyf oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin xəbərinə görə, paytaxt ərazisində yerləşən ofislərin birindən içində 17350 manat olan seyfin, o cümlədən 4000 manat dəyərində təmir-tikinti alətlərinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət olunub.
Məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Bakı şəhər sakini Nizam Cavadzadə, Lənkəran şəhər sakini Muxtar Babazadə və şəxsiyyəti məlum olan daha bir nəfər tərəfindən törədildiyi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.
Qeyd edək ki, dəstə üzvləri oğurluğa M.Babazadənin avtomobili ilə gediblər.
Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV