Səudiyyə şirkətləri iranlı zəvvarları daşımaqdan imtina etdi - YENİ HƏCC QALMAQALI

Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.

 

Bu gün zəvvarları yola salan Ə.Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən iranlı zəvvarların yarısını "İranAir" şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarın daşınmasından imtina edib.

 

"Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik", - deyə Ə.Abidzadə söyləyib.
 

Qeyd edək ki, bu il İrandan 86 min zəvvar Həccə gedəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR