"Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi" mövzusunda konfrans keçirilib
"Ölkəmizdə dini icmaların normal fəaliyyət göstərməsi üçün kifayət qədər münbit şərait var".
APA TV-nin məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi" mövzusundakı konfransda bildirib.
O qeyd edib ki, bu cür konfransların təşkili dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir: "Hesab edirik ki, vətənpərvərliyin təbliği və təşviqi cəmiyyətdə çox önəmli, əhəmiyyətli bir məsələdir və bu prosesdə dini icmalar da yaxından iştirak edir. Bugünkü konfransımızın məqsədi də məhz vətənpərvərliyin təbliğ olunmasında dini icmaların rolunun gücləndirilməsi, onların bu prosesə daha aktiv şəkildə cəlb olunmasıdır".
Sədr müavini həmçinin qeyd edib ki, ölkədəki dini icmaların konfransda iştirakı Azərbaycanda dini ab-havanın son dərəcə əlverişli olduğunu, habelə ölkəmizin tolerantlıq prinsiplərinə sadiqliyini göstərir.
Konfransda komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək, vətənpərvərliyin insanda genetik olaraq formalaşdığına, zaman keçdikcə isə daha da möhkəmlənməli olduğuna diqqət çəkib.
Qeyd edək ki, konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, habelə digər din xadimləri məruzələrlə çıxış edib, habelə milli-mənəvi dəyərlərin təbliği sahəsindəki vəziyyətlə bağlı müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV