Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Avqustun 1-dən etibarən 2017/2018-ci tədris ili üçün uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlanır.
APA TV-nin xəbərinə görə, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək.
BŞTİ-nin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, sentyabrın 18-ə qədər elektron qəbul davam edəcək: "Bu, Bakı şəhərində ilk məktəbəhazırlıq qruplarına qəbuldur. İlk təcrübədir. BŞTİ-nin apardığı araşdırmalardan məlum olub ki, şəhərin mərkəzi hissəsində məktəbəhazırlığa cəlb olunma səviyyəsi daha yüksəkdir. Bakıətrafı qəsəbələrdə isə məktəbəhazırlıq qruplarına şəhərin mərkəzinə nisbətdə daha aşağıdır. Bunu nəzərə alaraq BŞTİ bu il 10 faizlik artım nəzərdə tutur ki, Bakı ətrafı qəsəbələrin ümumtəhsil müəssisələrində dövlət məktəbəhazırlıq qrupları olsun. Bu da ona imkan verəcək ki, Bakı ətrafı qəsəbələrdə ümumilikdə qarşıdakı illərdə təhsilin səviyyəsində xüsusi bir yüksəlmə müşahidə olunacaq".
BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-sı rus bölmələrinin payına düşür.
İlhamə Abdullayevanın sözlərinə görə, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək və tədris ödənişsiz olacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV