Bakıda külək güclənəcək, bölgələrdə 40 dərəcə isti olacaq

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 23-26, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR