Üçü bir ailənin üzvü olmaqla 5 nəfər yaralandı - BƏRDƏDƏ QƏZA
Bərdədə 5 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əyricə kəndində baş verib.
"VAZ-2107" və "Lada Priora" markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb. "Lada Priora" markalı avtomobilin sürücüsü, Bərdənin Yeni Əyricə kənd sakini, 51 yaşlı Qasımov Valeh Saleh oğlu, "VAZ-2107" markalı avtomobilin sürücüsü 57 yaşlı Abbasov Rafil Alı oğlu, onun həyat yoldaşı, 51 yaşlı Abbasova Kəmalə Şirin qızı, 29 yaşlı oğlu Abbasov Seymur Rafil oğlu və digər sərnişini, 22 yaşlı Abbasova Atlaz Yusif qızı ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Atlaz Abbasovanın vəziyyəti ağırlaşdığından, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV