Rusiya KİV: Türk ordusu Suriyaya girdi
"Türk ordusu Suriya ərazisinə daxil olub". APA TV-nin məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Türkiyə Silahlı Qüvvələrinin Kobani yaxınlığındakı Bobene və Siftəkə kəndlərinə qədər irəlilədiyi deyilir. Hərbçilərin həmin ərazidə yerləşdiyi iddia edilir.
Ərazidəki YPG/PYD kürd qruplaşmaları bununla bağlı qarşı tərəfə xəbərdarlıq ünvanlayıb.
Türkiyə tərəfindən məsələyə münasibət bildirilmir. Türkiyəli bir jurnalist isə yerli sakinlərə istinad edərək, Türkiyə Silahlı Qüvvələri bölmələrinin təhlükəsizlik divarının hörülməsi məqsədilə Kobani ərazisinə girdiyini, gecə saatlarında isə bölgəni tərk edərək geri döndüyünü iddia edib.
OXŞAR XƏBƏRLƏR
19:18
419
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
466
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
462
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1056
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
978
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1325