Tramp Çinə xəbərdarlıq etdi, ABŞ Sakit okeanda raket sınağı keçirdi - BÖLGƏDƏ TƏHLÜKƏ ARTIR

Donald Tramp rəsmi Pekini Şimali Koreyanın nüvə proqramına qarşı təzyiq göstərməməkdə ittiham edib.

 

APA TV-nin məlumatına görə, ABŞ prezidenti bu barədə "Twitter" səhifəsində yazıb:

"Mən çox məyusam. Bizim keçmiş axmaq liderlər onlara hər il ticarətdən yüz milyardlarla dollar qazanmaq imkanı yaradıblar. Amma Çin hökuməti Pxenyanın aqressiyasına qarşı heç bir addım atmır. Biz buna göz yuma bilmərik. Çin istəsə bu problemi çox asanlıqla həll edə bilər".

Xatırladaq ki, bundan bir neçə gün öncə ABŞ dövlət katibi Reks Tillerson da Çin və Rusiyanı Şimali Koreyanın nüvə proqramını dəstəkləməkdə təqsirləndirib.

Bu arada ABŞ Şimali Koreyanın son ballistik raket sınağına cavab olaraq, Sakit okean üzərində raket buraxıb. Cənubi Koreyada yerləşdirilən THAAD raketdən müdafiə sistemi həmin raketi zərərsizləşdirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR