Hacıqabulda dəhşətli qətliam: bir ailənin 4 üzvü öldürüldü, qatil intihar etdi - YENİLƏNİB

Hacıqabulda yaşayış evinə silahlı basqın edilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.

 

Silahlı basqın zamanı ölənlərdən 4-ü bir ailənin üzvüdür. Bunlar 1988-ci təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov, 1957-ci il təvəllüdlü Nazim Namiq oğlu Qəmbərov, Gülbağda Məlik qızı Qəmbərova və 1958-ci il təvəllüdlü Almara Eynulla qızı Qəmbərovadır.

 

Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Polisin məlumatına görə, M.Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra həyətdəki maşına od vurub və özünü də öldürüb.


Lent.az xəbər verir ki, 4 nəfəri gülləyərək öldürən Mübariz Mehdiyevin psixi problemlərinin olduğu bildirilir. Məlumata görə, M.Mehdiyev Qəmbərovlar ailəsinin başçısı olan Məhəmməd Qəmbərovun oğlu ilə Rusiyaya işləməyə gedib. Lakin orada bu şəxslər arasındakı münasibətlər pozulub və M.Qəmbərovun oğlu vaxtaşırı həmyerlisini döyürmüş. Xeyli vaxt keçəndən sonra Hacıqabula qayıdan tanışların münasibəti qaydasına düşməyib və həmin şəxsin onun haqqında nalayiq söhbətlər etdiyini eşidən Mübariz tüfənglə onun evinə gələrək qətliam törədib.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR