ABŞ Çindən sonra Şimali Koreyanı da nüvə zərbəsi ilə hədələdi - GENERALDAN AÇIQLAMA
"Müttəfiqlərimizlə birgə Şimali Koreyaya ölümcül zərbə endirməyə hazırıq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın Sakit okeandakı Hərbi Hava Qüvvələrinin komandanı, general Terren O`Şonessi bildirib.
O deyib ki, ABŞ-da Şimali Koreyanı region üçün əsas təhlükə hesab edirlər.
Xatırladaq ki, bir qədər əvvəl rəsmi Vaşinqtonun BMT təmsilçisi Nikki Heyli Şimali Koreya məsələsində irəliləyiş əldə etmək mümkün olmayacaqsa, qurumun Təhlükəsizlik Şurasının iclasını çağırmağa lüzum görmür. Onun sözlərinə görə, qurumun qəbul edəcəyi bir qətnamə ilə Şimali Koreyaya təzyiqləri artırmaq mümkün olmayacaq.
İki gün əvvəl ABŞ donanmasının admiralı Skot Svift isə Çinə nüvə zərbəsi endirə biləcəklərini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
19:18
419
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
466
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
462
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1056
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
978
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1325