ABŞ-ın sanksiyaları, bazarın Əbu-Dabi ümidləri - NEFTİN QİYMƏTİ ARTA BİLƏR
Dünya bazarında xam neftin qiyməti stabilləşməkdədir.
APA TV-nin məlumatına görə, WTI markalı neft may ayından bu yana ilk dəfə 50 dollardan baha satılıb. Hazırda isə Qərbi Texas markası 49,91 dollardan təklif olunur. "Brent" neftinin qiyməti isə 52-53 dollar arasında dəyişir. Bu markadan olan neft həftənin ilk seanslarında 52,43 dollardan təklif olunur.
Əbu-Dabidə Küveyt və Rusiyanın rəhbərliyində neft hasilatçılarının görüşəcəyi gözlənilir. Ötən həftə Səudiyyə Ərəbistanı hasilatçıları istehsalın azaldılmasına səsləmişdi. ABŞ-ın isə Venesuela neft sənayesinə tətbiq etdiyi sanksiyaları artıracağı bildirilir. Hər iki xəbər neftin qiymətlərinə müsbət təsir edəcək. Digər tərəfdən ABŞ-da neft quyularının sayı artıb. Ancaq ötən həftə ölkənin xam neft və benzin ehtiyatları azalıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV