34 yaşlı iraqlı Almaniyada gecə klubunda 5 nəfəri güllələdi

Almaniyada gecə klublarından birinə silahlı hücum olub. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA TV-nin verdiyi məlumata görə, adı açıqlanmayan 34 yaşlı silahlı əslən İraqdan olsa da, uzun müddət imiş ki, Almaniyada yaşayırmış. Onun öldürdüyü isə gecə klubunun mühafizəçisi olub. Mühafizəçinin iraqlını içəri buraxmaq istəmədiyi deyilir.

Almaniyanın Konstans şəhərində baş vermiş hadisədə ətrafa atəş açan silahlı şəxslə polis arasında qarşıdurma da yaşanıb. Bu vaxt daha 4 nəfər güllə yarası alıb. Onlardan biri isə polis olub. Alman polisi tərəfindən vurularaq zərərsizləşdirilən şübhəli şəxs sonradan aparıldığı xəstəxanada ölüb.

İstintaq qrupu insidentin səbəblərini araşdırır. Hadisənin ədavət xarakteri daşıması nəzərə alınaraq, onun terror aktı olması istisna edilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR