6 günlük körpə su quyusundan tapıldı - LƏNKƏRANDA DƏHŞƏT
Lənkəranda 6 günlük qız uşağı 5 metr dərinlikdə olan quyuya atılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Darquba kəndində qeydə alınıb. 6 günlük körpə olan Mələk Nurullayevanın meyiti bu gün səhər saatlarında ailə üzvləri tərəfindən həyətdəki su quyusundan tapılıb.
Belə ki, Bakı şəhərində yaşayan Nurullayevlər ailəsi dünən yaxın qoumları ilə birlikdə Mələyin altıaxşamını qeyd etmək üçün Lənkərana gəlib. Hadisə baş verən gecə isə evdə körpənin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayeva və digər yaxın qohumlar olub. Səhər saat 7 radələrində isə körpə yatdığı yerdən yoxa çıxıb. Onun axtarışına hər kəs yuxudan oyanıb. Mələyi axtaran qohumlar uşağın cansız bədənini üstü taxta və üç böyük daşla bağlı olan su quyusunda tapıb. Körpənin quyuya atıldığını görən ailə dərhal polisə məlumat verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları quyudan cıxarılımış uşağı məhkəmə tibb ekspertizasına təqdim edib.
Qeyd edək ki, öldürülən körpə ailənin ikinci qız uşağı olub. İndi hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi istintaq yolu ilə araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV