Yanan mənzildən iki qadını çıxaran polis işçiləri: "Gördük halları pisdi..."

Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində yanğın baş verib.   

 

APA TV-nin məlumatına görə, hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayış ŞPİ-nin PPXT-nun əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar. E v sahibi hadisəni xatırlamadığını deyir: "Huşum getmişdi. Ev tüstü ilə dolmuşdu". 

Ev sahiblərini xilas edən polis işçiləri isə hadisə barədə məlumat alan kimi ora getdiklərini bildirir:


"Dedilər evdə  iki qadın var, dərhal qalxdıq yuxarı. Qadının birini mən, digərini isə digər polis əməkdaşı xilas etdi".  


"Qadını xilas edib aşağı düşəndə gördüm, halı dəyişir. Dəsmalı çıxarıb onun ağzına tutdum".

 

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR