Əkbər Qoşalı: "Şairlərin hər görüşü bir ədəbiyyat bayramıdır"

"Şairlərin hər görüşü bir ədəbiyyat bayramıdır". APA TV-nin məlumatına görə, bu fikirləri Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı "Yaradıcılıq üfüqləri: Gənc yazarların Bakı toplantısı" adlı tədbirdəki çıxışında bildirib.

 

O, tədbirin Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının köməyi ilə təşkil olduğuna diqqət çəkib, analoji tədbirlərin önəmindən danışıb: "Tədbir həm gənc yazarlarımıza dəstəyin, həm də etimadın ifadəsidir. Doğrudur, hər nə qədər informasiya-komminikasiya texnologiyaları, sosial şəbəkələr inkişaf etmiş olsa da bölgələrdə yaşayan cavanlarımızın üzə çıxması üçün belə tədbirlərə ehtiyac olur".

 

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxışında rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının reallaşması, istedadlı gənclərin aşkara çıxarılması kimi məsələlərdə yaxından iştirak etdiyini nəzərə çatdırıb.

 

Qeyd edək ki, görüş çərçivəsində gənc şairlər arasında şeir müsabiqəsinin keçirilməsi, qaliblərin müxtəlif hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, naşirlər iştirak edib.

 

Poeziya gecəsinin davamında gənc yazarlar öz şeir və esselərini səsləndiriblər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR