Bakıda qadını soyan şəxs: "Çantasını aldım, zəng etdim taksiyə məni apardı"
Yasamal Rayon Polis İdarəsinə müraciət edən bir nəfər qadın rayon ərazisindəki Nərimanov parkında naməlum şəxsin ona hücum edərək içərisində 300 manat pul, mobil telefon, bankomat kartları və açar olan çantasını əlindən alaraq qaçdığını bildirib.
APA TV-nin məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsləri isti izlərlə saxlamaq mümkün olub: "Gördüm qadın gəzir parkda, çantasını aldım əlindən. İçərisindən 220 manat pul çıxdı, bir də mobil telefon. Sonra zəng elədim taksi sürücüsü Məhəmmədə, gəlib məni apardı".
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102" Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV