Balakəndə avtomobil iki piyadanı vurub, birinin vəziyyəti ağırdır

Balakəndə iki piyadanı maşın vurub. APA TV-nin  yerli bürosunun məlumatına görə, hadisə iyulun 28-i axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib.


1984-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi "VAZ 21074" markalı 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il təvəllüdlü Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Qəzadan sonra yaralılar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan verilən  məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR