Qaxda güclü yanğın taxta sexini külə döndərdi
Qaxda taxta sexində və mal tövləsində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın iyulun 28-dən 29-a keçən gecə rayonun Qıpçaq kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus, ümumi sahəsi 128 kvadratmetr olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük maşınında baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr material, 7 ədəd dülgər dəzgahı, "QAZ-53" markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi tamamilə yanaraq kül olub.
Yaxınlıqdakı əraziyə yığılmış 5 kubmetr taxta materialları və tikililər yanğından mühafizə olunub.
Yanğın baş verən zaman sexdə heç kim olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV