Saakaşvili: "Poroşenko anlamır ki, Ukraynaya bütün giriş-çıxışları əzbər bilirəm"
Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmasına münasibət bildirib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, prezident Pyotr Poroşenkoya mesaj göndərərək Ukraynaya yaxşı bələd olduğunu deyib.
Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Ukraynanın Sərhəd Xidmətində xeyli vəzifəli şəxslə əlaqədə olduğunu vurğulayıb: "Poroşenkonun düşündüyü kimi ölkəsinin sərhədlərində baş verənlər onun tam nəzarətində deyil. Qoy o, bunu bilsin. Mən ölkəyə bütün giriş-çıxışları əzbər bilirəm".
O, adı çəkilən ölkəyə buraxılmayacağı təqdirdə nə edəcəyini də gizlətməyib: "Mən "Borispol" hava limanında tranzit ərazidə yaşayacağam. Ora çox gözəl təmir edilib, direktor isə mənim dostumdur. Əminəm ki, o mənim üçün gözəl şərait yaradacaq. Bu zarafat kimi qəbul oluna bilər, amma mən çıxış yolu tapacağam".

Xatırladaq ki, Saakaşvili hazırda ABŞ-dadır. Onun vəkili isə keçmiş qubernatorun Ukraynaya nə vaxt dönmək istədiyi barədə məlumatsız olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
19:18
419
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
466
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
462
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1056
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
979
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1325