ABŞ donanması İran gəmilərini atəşə tutdu - KÖRFƏZDƏ GƏRGİNLİK

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna aid patrul gəmiləri atəşə tutulub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, insident Fars körfəzində qeydə alınıb.


ABŞ donanmasına aid "Nimits" aviadaşıyıcısından havalanan helikopter İran gəmiləri istiqamətində atəş açıb.

Helikopter İrana aid neftlə zəngin platforma üzərində uçarkən, ABŞ-a aid hərbi gəmi də əraziyə daxil olub.

Bu, körfəzdə baş verən ilk hadisə deyil. Bir müddət öncə də ABŞ gəmilərindən İranın patrul katerlərinə atəş açılıb.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR