Cəbhədə daha bir düşmən əsgəri yaralandı

Ermənistan-Azərbaycan sərhədində düşmən əsgəri yaralanıb. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iyulun 28-də Ermənistanın Berd rayonun Paravakar kəndində, təmas xəttində qeydə alınıb.


Yaralanan şəxs Ermənistan ordusunda müddətdən artıq xidmət keçən 41 yaşlı Artur Mayranyandır. Erməni mətbuatı onun qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını yazır.

Mayranyan çiynindən güllə yarası alıb və İrəvandakı hərbi hospitala yerləşdirilib.

Xatırladaq ki, adı çəkilən ərazi düşmənin təxribat törətməyə cəhd etdiyi və atəşkəsi pozduğu istiqamətdir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR