PKK Türkiyə sərhədində yeni legioner taboru yaratdı - AVROPADAN GƏLİRLƏR

PKK terror təşkilatı Avropadan gələn şəxslərdən ibarət legioner taboru qurub.

 

APA TV-nin məlumatına görə, "İnternational" adı verilən taborun qərargahı Suriyanın Kobani şəhərində yerləşir. "Yeni Şafak" qəzetinin iddiasına görə, Avropadan gələn terrorçuların çoxu cinayət törətmiş şəxslərdir. Suriyanın şimalına gələn xarici terrorçu sayı 3500-5000 arasındadır.

 

Terrorçular Suriyaya aktivist və humanitar yardım etmək adı ilə gəlir. Bundan sonra Kobanidə 20 günlük hərbi təlim keçərək, Derik və Tabkaya göndərilirlər.

 

PYD-yə qoşulan terrorçular haqqında Avropa ölkələrinin heç birində cinayət işi açılmır. Missioner təşkilatların da qruplaşmaya terrorçuların qoşulmasında yardımçı olduğu deyilir.

 

Son iki ay yarımda avropalı terrorçulardan 37-si öldürülüb. PYD-nin rəhbərlərinin qatıldığı cənazə mərasimində ilk dəfə taborun adı açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR