Keçmiş məhkumlar quldur dəstəsi yaratdılar - 3 NƏFƏR TUTULDU

Nəsimi polisi bir neçə gün əvvəl baş vermiş quldurluq cinayətinin üstünü açıb.

 

APA TV-nin məlumatına görə, vətəndaş Tural Quliyevin 170 manat pulu və 2 mobil telefonu naməlum şəxslər tərəfindən əlindən alınıb.
 

19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli biliən Sabirabad rayon sakini Röyal Şibliyev, Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Əhmədov və Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Kərimov saxlanılıb.

 

Onlar istintaqa ifadələri zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Saxlanılan şəxslərin oxşar cinayətlərdə iştirakı istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb.

 

Araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR