Tramp Rusiyaya qarşı yeni sanksiya qanunu imzalayacaq - AĞ EVDƏN AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə dair Konqresdə qəbul olunmuş qanunu imzalayacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, D. Tramp qanun layihəsinin ilkin variantları ilə tanış olmuş və onun vacib elementləri barədə müzakirələr aparmışdı. İndi isə dövlət başçısı qanunun yekun versiyası ilə tanış olub və onun iradları nəzərə alındığı üçün sənədi imzalamaq niyyətindədir.
Xatırladaq ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihə hər iki palatada böyük səs üstünlüyü ilə qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV