Qətərdən Ərdoğana minnətdarlıq jesti
Qətərin paytaxtı Dohadakı alış-veriş mərkəzində körfəz böhranında tutduğu mövqeyə görə minnətdarlıq məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük posteri asılıb.
Alış-veriş mərkəzinin ziyarətçiləri posterin üzərinə minnətdarlıqlarını yazmaq üçün növbəyə düzülüblər:
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə bütün diplomatik əlaqələri kəsib. Sonrada onlara daha bir neçə ərəb ölkəsi də qoşulub. Körfəz ölkələri Qətərə Türkiyənin hərbi bazasının bağlanması, İranla münasibətlərin kəsilməsi və “Al Jazeera” telekanalının fəaliyyətinin dayandırılması da daxil olmaqla 13 maddəlik tələb paketi təqdim ediblər. Lakin rəsmi Doha beynəlxalq hüquqa zidd olan tələbləri qəbul etmədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV