Helsinkidə kütlənin üstünə maşın sürülüb

Finlandiyanın paytaxtı Helsinkidə  sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. 50 yaşlı sürücünün sərxoş olduğu ehtimal edilir. Helsinki polisi hadisənin terror zəminində törədilməsi ehtimalını təsdiqləmir.

 

Xatırladaq ki, iyunun əvvəlində London körpüsündə sürücü avtomobili izdihama çırpıb. Bundan sonra avtomobildə olan üç silahlı terrorçu piyadalara hücum edib. Polisin operativ müdaxiləsi nəticəsində terrorçular məhv edilib. İnsident nəticəsində 7 nəfər ölüb.  

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR