Donald Tramp generalı Ağ Ev aparatına rəhbər təyin edib
ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatının rəhbəri vəzifəsinə təyin edib.
APA TV-nin məlumatına görə, Tramp bu barədə özünün “Twitter” səhifəsində bildirib. “General Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin etdim. Bu barədə sizləri məlumatlandırmağa şadam”, - deyə o yazıb.
Prezidentin sözlərinə görə, Kelli dahi amerikalı və gözəl liderdir: “O, Daxili Təhlükəsizlik Nazirliyində böyük işlər görüb və mənim administrasiyamda əsl ulduzdur”, - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR
19:18
442
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
487
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
484
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1060
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
983
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1329