Analığının başını kəsdi - NEFTÇALADA DƏHŞƏTLİ QƏTL
Neftçala rayonunda qətl hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Əlibala Bayramağa oğlu Səfərov analığı, 1971-ci il təvəllüdlü Bahar Mirzəağa qızı Mərdiyevanı bıçaqla qətlə yetirib.
Kənd sakinlərinin verdiyi məlumata görə, Əlibala Səfərov psixi xəstə olub və doğma anası 2 il əvvəl dünyasını dəyişib. Atası bir il əvvəl Sabirabad rayonundan olan Bahar Mərdiyeva ilə ailə qurub. Bıçaq zərbəsi qadının boyun nahiyəsindən vurulub. Arteriya damarının kəsilməsi onun hadisə yerində ölməsinə səbəb olub.
Əlibala Səfərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
442
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
487
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
484
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1060
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
983
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1329