Ermənistan Prezidenti Administrasiyası qarşısında aksiya - “YA VİLNÜS, YA İSTEFA!”
Ermənistan prezidenti postuna sabiq namizəd Paruyr Ayrikyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində aksiyaya başlayıb. “Milli müqəddəratı təyinetmə” birliyinin üzvləri Ermənistan prezidentinin iqamətgahı qarşısına toplaşaraq ölkənin Gömrük İttifaqına qoşulmasına etiraz edirlər. Aksiyada “Rədd olsun Gömrük İttifaqı!”, “Ya Vilnüs, ya istefa”, “Rusiya imperiyasına yox!” şüarları səsləndirilir. Aksiya iştirakçıları prezident Sərkisyandan ya Vilnüsə getməyi, ya istefa verməyi tələb edirlər. Paruyr Ayrikyan hesab edir ki, prezident Vilnüsə getməsə, istefa variantını seçmiş olacaq. O hər gün prezident iqamətgahının qarşısında oturaq aksiya keçirəcəklərini bildirib. Ayrikyan deyib ki, əgər Sərkisyan Vilnüsə getsə, o zaman oturaq aksiyaya son qoyulacaq.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI