Ağstafada ər arvadını qətlə yetirdi

Ağstafa rayonunda qətl hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A.Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR