Məkkəyə tuşlanan raket havada vuruldu

Müsəlmanların müqəddəs şəhəri sayılan Məkkə yaxınlığında ballistik raket zərərsizləşdirilib.

 

APA TV-nin "Saudi Press Agency"yə istinadən məlumatına görə, ərəb koalisiyası qüvvələri raketi şəhərin 69 kilometr yaxınlığında vurublar.


Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Ər-Riyad iddia edir ki, üsyançılar avqustun 30-da baş tutacaq Həcc ziyarətinə mane olmaq istəyir.



 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR