Nəvaz Şərif hakimiyyətdən uzaqlaşdırıldı - KORRUPSİYA İTTİHAMI
Pakistan Ali Məhkəməsi ölkənin baş naziri Nəvaz Şərifi hakimiyyətdən uzaqlaşdırıb.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, müvafiq qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib.
2016-cı ilin aprelində Panama hüquq şirkəti "Mossack Fonseca"nın internetə sızan sənədlərində baş nazir N.Şərifin iki oğlu və bir qızının Britaniyanın Virciniya adalarında azı 3 offşor şirkətə malik olduğu göstərilib. Elə həmin ay Ali Məhkəmə məsələnin təhqiqatı ilə bağlı xüsusi komissiya yaradıb.
N.Şərifin hakimiyyətdən kənarlaşdırılmasına dair qərar Ali Məhkəmə hakimlərinin yekdil qərarı əsasında verilib. Baş nazirə qarşı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
19:18
442
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
487
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
484
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1060
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
983
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1329