Gülnarə Kərimova nədə ittiham olunur? - RƏSMİ AÇIQLAMA
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın hansı cinayətlərdə ittiham olunduğu bəlli olub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üzrə İdarəsinin açıqlamasında bildirilir ki, Gülnarə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228 və 243-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib.
Qeyd olunur ki, G.Kərimova hələ 2015-ci ildə bir sıra cinayətlər üzrə günahkar sayılıb. Belə ki, o, mənimsəmə, zorla pul qoparma, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və vergidən yayınma üzrə epizodlar üzrə ittiham edilən qruplaşma ilə bağlı olmaqda günahlandırılaraq azadlığı 5 il müddətinə məhdudlaşdırılıb. Qruplaşmanın vurduğu ümumi zərər 1,270 trilyon sum, 1,651 milyard dollar və 21,6 milyon avro məbləğində qiymətləndirilib.
Gülnarə Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb. Qrupun 12 ölkədə aktivləri üzə çıxarılıb. Bu aktivlərin 1,394 milyard dollar, 63,5 milyon avro, 27 milyon funt-sterlinq və 18,5 milyon İsveçrə frankı məbləğində olduğu bildirilir. Təkcə İsveçrə Prokurorluğu qrupa aid 777,8 milyon dollar pul vəsaiti və Koloni şəhərində bir neçə villa aşkarlayıb. Bundan başqa, Fransa, Böyük Britaniya, İspaniya, Latviya, İsveç, Malta və BƏƏ-də qrupa məxsus daşınmaz əmlak tapılıb. Rusiya ərazisində isə cinayətkar qruplaşmaya məxsus 6 milyon dollar pul, “Kamelot” yaşayış massivində penthaus, Rublyovkada malikanə, Moskvada 8 mənzil, mehmanxana kompleksi, Yaltada 2 milyon dollarlıq yaşayış evi və 2 torpaq sahəsi üzə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV