Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı bölgədə yerləşən - Ağcabədi, Beyləqan, Füzuli, İmişli və Laçın rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Komitə sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsi hazırda 2 səpkidə təkliflər planı hazırlayır: "Birincisi, turistlərin ölkəyə cəlb edilməsi məqsədilə turizmin inkişafıdır. Bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni zolaqların açılmasına çalışırıq. Amma bu sahədə kadr çatışmazlığı var və eyni zamanda vəsait tələb edir. İkincisi, qanunvericilikdə və normativ sənədlərdə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, kommersiya sahəsində qeyri-qanuni yolla tütün məmulatları və spirtli içkilərin ölkəyə axınının qarşısını ala bilməkdir".
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV