Neft bazarında canlanma - QİYMƏTLƏR QALXIR
Dünya bazarında neftin qiymətlərində bahalaşma baş verib.
APA TV-nin məlumatına görə, ABŞ-da neft ehtiyatları yanvar ayından ən aşağı səviyyə düşüb. Benzin ehtiyatları da ilin ən aşağı səviyyəsinə enib. Amerika Neft İnstitutunun açıqlamasına görə, ölkədə yanacaq istehlakı son 10 ilin ən yüksək həddinə yüksəlib.
Səudiyyə Ərəbistanın neft hasilatını azaltmaqla bağlı çağırışları da öz təsirini göstərməkdədir. Küveyt və Birləşmiş Ərəb Əmirlikləri istehsalı azaltmağa qərar verib.
Hazırda birjalarda "Brent" neft 51,42 dollardan satılır. Ötən gün bu markadan olan xammal 50,87 dollardan təklif olunurdu. Qərbi Texas nefti də bahalaşıb. WTI markalı neftin bir bareli 48,97 dollardan satılır.
Qeyd edək ki, OPEK-in mübarizəsi ABŞ-ın qaya neftinə görə nəticəsiz qalır. Qiymətlər 55 dollara yaxınlaşa da, bu ölkədə hasilatın səmərəliliyi artır. Beləliklə, ABŞ-da hasilatın artması neftin qiymətinə mənfi təsir edir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV