ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalara "hə" dedi

ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar haqqında qanunu qəbul edib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti sənədi dəstəkləyib. Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib.

Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var. Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə, Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.

Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidenti bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağa məcbur edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR